Google "böyük təmizləmə”yə başlayıb

Google "böyük təmizləmə”yə başlayıb

İnternet nəhəngi "Google Play"də proqramların yerləşdirilməsi üçün yeni tələblər siyahısı dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" şirkəti tərtibatçılar üçün yeni təlimatların köməyi ilə mobil tətbiqlər mağazasında nizam-intizam yaratmağı planlaşdırır. Yeni qaydalar 2021-ci ilin ikinci yarısında qüvvəyə minəcək. Şirkət tərəfindən tərtib edilmiş ciddi tələblər siyahısına aşağıdakı bəndlər daxildir:
· Mobil tətbiqlərin adı 30 simvoldan çox olmamalıdır;
· Spam xarakterli sözlər (məsələn, "tez", "ödənişsiz", "indi yükləmək") qadağan edilib;
· CapsLock, durğu işarələri, emodzilərdən istifadə qadağandır;
· Üstünlüyü göstərmək üçün "№1 oyun", "ən yaxşı simulyator" və sairə bu kimi ifadələrdən istifadə qadağan edilib;
· Ekran görüntülərindəki bütün elementlər, həmçinin şəklin loqosu həqiqətə uyğun olmalıdır.

"Google"un məlumatına görə, yeni qaydalar qüvvəyə mindikdən sonra onlara riayət etməkdən imtina etmiş tərtibatçılar proqramlarını tanıtmaq imkanından məhrum olacaqlar. Yuxarıda göstərilən bəndlərin hər hansı birindən sui-istifadə istənilən oyun və ya proqramın mağazanın əsas səhifəsində yerləşdirilməsinə mane ola bilər.

Mənbə: news.milli.az