“Apple” smartfonların suya davamlı olmadığına görə məhkəməyə verilib

“Apple” smartfonların suya davamlı olmadığına görə məhkəməyə verilib

"Apple" şirkəti "iPhone" smartfonlarının suya davamlı olmamasına görə istifadəçi iddiaları ilə üzləşib. İddiaçılar şirkətin smartfonları nəmdən qoruma xüsusiyyətlərinə malik olması ilə bağlı gətirdiyi əsasların doğru olmadığını bildirir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, "Apple" qeyd edilən qorunma dərəcələrinin, hovuz və ya dəniz suyundan fərqli olaraq, təmiz su ilə laboratoriya sınaqlarına əsaslandığını bildirir. İddiada "iPhone"un hovuzda, dəniz suyunda və ya smartfonun daxilinə sabunlu məhlul daxil olduqdan sonra nasaz vəziyyətə düşməsi nümunə gətirilir. Şirkətdən ağıllı telefonların texniki xüsusiyyətləri haqqında məlumatlara dəyişiklik edilməsi və Nyu-York ştatında zərər çəkmiş istifadəçilərə kompensasiya verilməsini tələb olunur. Bundan əlavə, smartfonların texniki xüsusiyyətlərində cihazın suya davamlı olduğunu qeyd edən demək olar ki, bütün markalar, bu zəmanətin smartfonun suya düşməsinin bütün hallarına aid edilməməsi qeyd edir.

Mənbə: news.milli.az