Rusiya dördüncü koronavirus vaksinini qeydiyyata aldı

Rusiya dördüncü koronavirus vaksinini qeydiyyata aldı

Rusiya Birbaşa İnvestisiya Fondu koronavirusa qarşı ölkədə yaradılan dördüncü vaksini qeydiyyata alıb.

“Qafqazinfo” fondun yaydığı açıqlamaya istinadən xəbər verir ki, tək doz şəklində tətbiq olunacaq “Sputnik Light” adlı peyvəndin qeydiyyata alındığı bildirilib.

Rusiyadakı Qamaleya Tədqiqat İnstitutu tərəfindən inkişaf etdirilən vaksinin 79,4 faizlik təsirə malik olduğu qeyd edilir.

Peyvəndin antikora malik olanlarda qorumanı 40 qat artırdığı vurğulanır.

Mənbə: qafqazinfo.az