“Microsoft” korporasiyası “Flash Player”i may yeniləməsində “Windows 10”dan tamamilə siləcək

“Microsoft” korporasiyası “Flash Player”i may yeniləməsində “Windows 10”dan tamamilə siləcək

"Adobe Flash Player" pleyerinin dəstəyinin mövcud sistemlərdən silinməsi məsələsi artıq bir neçə ildir müzakirə edilir. Bir çox istehsalçılar haker hücumlarına dayanıqsız mühərrikin istifadəsindən imtina ediblər, hərçənd "Windows 10" əməliyyat sistemində "Flash" texnologiyası hələ də dəstəklənir. Lakin "Microsoft" may yeniləməsində onu siləcəyinə söz verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, müasir resurslar "HTML5" texnologiyasına əsaslanan multimediaya üstünlük verir. Birincisi, bu təhlükəsizdir, ikincisi isə köhnəlmiş mühərrik həddən çox aparat resursu tələb edir.

Sözügedən platforma hələ ötən ilin sonunda öz mövcudluğunu tamamilə dayandırıb. Həmin vaxt "Flash Player" texnologiyasının istehsalçısı "Adobe" şirkəti son yeniləməni təqdim edərək kompüterlərdən bu proqramla əlaqəli hər bir elementi silməyə çağırmışdı.

 

Mənbə: news.milli.az