“Skype”ın veb-versiyası “Safari” brauzerində artıq əlçatandır

“Skype”ın veb-versiyası “Safari” brauzerində artıq əlçatandır

"Microsoft" korporasiyası səsli və video görüntülü zəngləri dəstəkləyən öz "Skype" proqramını inkişaf etdirməyə davam edir. Bu dəfə tərtibatçılar "Skype"ın veb-versiyasının dəstəyini genişləndiriblər, indi onu "Apple Safari" brauzerində işə salmaq mümkündür.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, beləliklə, "Skype"ın veb-versiyası "Chromium 87" və yuxarı, həmçinin "Safari 13.1" və yuxarı olan brauzerlərinin masaüstü versiylarını dəstəkləyir. Həmçinin "Android" əməliyyat sistemində "Edge 43" və "Safari 13.1" versiyalarını dsətəkləyir. Qeyd edək ki, "Skype"ın veb-versiyası əvvəlki kimi "Mozilla Firefox" brauzerinin masaüstü versiyasını və "Google Chrome"un mobil versiyasını dəstəkləmir.

Mənbə: news.milli.az