Məşhur analitik qatlana bilən iPhone barəsində yeni məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo öz yeni hesabatında Apple şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar verib. Analitikin sözlərinə əsasən şirkət qatlana bilən iPhone modelini təqribi olaraq 2023-cü ildə təqdim etməyi planlaşdırır. Analitik həmçinin onu da qeyd edib ki, şirkət 2023-cü ilin sonuna kimi 15-20 milyon ədəd qatlana bilən iPhone istehsal etməlidir. Smartfonun texniki özəllikləri barəsində məlumat verilməyib. Sadəcə olaraq qeyd olunub ki, smartfon 8 düym ekran ilə təchiz olunacaq.

Bununla yanaşı məlumata əsasən Apple şirkəti Samsung istehsalı olan OLED ekranlardan istifadə edəcək. Beləliklə Samsung yeni nəsilə iPhone modelləri üçün eksklüziv ekran istehsalçısına çevriləcək. Təsdiq olunmamış məlumata əsasən ilk qatlana bilən iPhone modelinin konstruksiyası Galaxy Z Flip-ə bənzəyəcək. Əgər analitikin verdiyi məlumat həqiqətə uyğundursa, deməli qatlana bilən iPhone-nun ekranı iPad mini ekranından bir qədər böyük olacaq. İnsayderlərin əvvəlki məlumatlarına əsasən Apple qatlana bilən smartfonun 2 prototipinə sahibdir və onlar artıq şirkətin dözümlülük testlərindən keçiblər.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsində itkin düşmüş zabitimizin nəşi tapıldı - FOTO

SONRAKI XƏBƏR

Babiş: Rusiya ilə gərginliyi azaltmalıyıq!