"Google" Azərbaycanda populyarlığını saxlayır

2021-ci ilin aprelində Azərbaycanın axtarış sistemi bazarında 95,57 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, mart ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,38 faiz azalıb.

Hesabat dövründə "Yandeks.Poisk" axtarış sisteminin payı 0,37 faiz azalaraq 2,62 faiz təşkil edib.

"Yandex" axtarış sisteminin payı isə 0,01 faiz azalaraq 0,7 faizə bərabər olub.

Azərbaycanın axtarış sistemi bazarında 0,56 faiz digər axtarış sistemlərinin payına düşüb.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib

SONRAKI XƏBƏR

Bir çox regionların bazarlarında Huawei smartfonlarının qıtlığı yaşanır