İsti hava və günəş korona riskini azaldır - Mütəxəssislər

İsti hava və günəş korona riskini azaldır - Mütəxəssislər

Mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə, isti hava və günəş koronavirus riskini azalır.

Milli.Az xəbər verir ki, nəticələri "Scientific Reports" jurnalında yayımlanan araşdırmada ölkənin coğrafi mövqeyi ilə yanaşı, isti, günəşlənmə müddəti, nəm, korona test sayı, əhali və səhiyyə kimi xüsusiyyətlər analiz edilib.

Nəticələrə görə, isti ölkələrdə soyuq olanlarla müqayisədə koronavirus riski daha azdır. Belə ki, istilik və günəş işığı virusun yayılma sürətini azaldır.

Mütəxəssislər qeyd edirlər ki, bu araşdırma xəstəliyin yay aylarında ortadan qaldırılacağı və ya ekvatorial bölgələrdə rastlanılmayacağı mənasına gəlmir. /medicina.az

 

Mənbə: news.milli.az