“WhatsApp” yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcək

“WhatsApp” messencerinin komandası yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçiləri deaktiv etməyəcəyini elan edib. Lakin yeni qaydaları qəbul etməyənlərə qarşı hansısa qadağa tətbiq ediləcək.

Xatırladaq ki, messencerin yeni qaydaları mayın 15-də qüvvəyə minəcək. Eyni zamanda, istifadəçilərə onların qəbulu üçün əlavə vaxt veriləcək. Bir neçə həftədən sonra “WhatsApp” istifadəçilərə yenilik haqqında bildiriş göndərməyə başlayacaq.

“WhatsApp”ın nümayəndələri yeni məxfilik qaydalarının əksər istifadəçilər tərəfindən qəbul edildiyini bildiriblər. Eyni zamanda yeni qaydaları qəbul etməyənlərin hesabı deaktiv edilməyəcək, ancaq funksionallığı məhdudlaşdırıla bilər.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda taxıl biçininə hazırlıq prosesinin əsas mərhələsi başlayıb – Fotolar

SONRAKI XƏBƏR

“Şuşada çalınacaq Zəfər nəğməsi Xankəndiyə yayılacaq, düşmənə göz dağı olacaq” - Fərhad Bədəlbəyli