Astronavt SİRRİ AÇDI: Kosmik Stansiyada romantik komediya və içkilər...

Keçən ay "SpaceX"in "Falcon 9" raketində Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilən fransız astronavt Tomas Pesqut boş vaxtlarında nə etdiklərinə dair fotoşəkil paylaşıb.

Milli.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, "Twitter" hesabından etdiyi paylaşımda deyib:

"Boş vaxtımızda nə edirik? Bəzən filmlərə baxırıq. Ekranı və proyektoru düzəldirik, sabit və ya havada uçan vəziyyətdə rahat bir yer tapırıq, özümüz üçün içkilər hazırlayırıq və filmdən zövq alırıq. Bəli, film romantik komediya idi, amma seçim mənim növbəmdə deyildi, yenə də zövq aldım"...

Qeyd edə ki, NASA-nın əməliyyatı ilə ikisi amerikalı, digəri fransız və yapon olmaqla 4 astronavt keçən ay "Space"in Elon Muska məxsus "Falcon 9" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib. (publika.az)

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Nazir meşəyə ova getdi və yoxa çıxdı NAVALNININ YERLƏŞDİRİLDİYİ XƏSTƏXANADA BAŞ HƏKİM İDİ...

SONRAKI XƏBƏR

Bölgələrə yağış, dolu yağıb