Marian çökəkliyinin dərinliyi ölçülüb

Marian çökəkliyinin dərinliyi ölçülüb

Okeanların ən dərin yerləri ölçülüb.

Redaktor.az bu barədə BBC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, "Five Deeps" layihəsi çərçivəsində aparılan işlərlə Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanının ən dərin nöqtələri araşdırılıb.

10 aylıq araşdırma zamanı 87 min kilometr məsafə qət edilib.

Sakit okeanda ən dərin yer olan Marian çökəkliyinin 10 925 metr dərinlikdə yerləşdiyi müəyyən olub.

Orxan İsmayılov

Mənbə: redaktor.az