Telefon tətbiqi peyvənd sertifikatı olaraq istifadəyə veriləcək - COVID-19

Telefon tətbiqi peyvənd sertifikatı olaraq istifadəyə veriləcək - COVID-19

İngiltərə hökuməti Milli Səhiyyə Xidməti (NHS) telefon tətbiqetməsinin bazar ertəsindən etibarən hər iki doz peyvəndi olanlar tərəfindən sertifikat olaraq istifadə edilə biləcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, peyvənd sertifikatının kağız və telefon versiyası hazırlanacaq.

Həm tətbiqetmə, həm də sənəd 17 may tarixində ölkə xaricinə səyahət məhdudiyyətləri aradan qaldırılandan sonra istifadəyə veriləcək.

Qeyd edək ki, NHS tətbiqi hal-hazırda dərmanlar üçün reseptlər almaq, ailə həkiminə randevu almaq və sağlamlıq qeydlərini nəzərdən keçirmək üçün istifadə edilir.

 

Mənbə: redaktor.az