Bentley yenidən Pikes Peak yarışında iştirak edəcək - FOTO

Bentley yenidən Pikes Peak yarışında iştirak edəcək - FOTO

Bentley şirkəti yenidən Pikes Peak International Hill Climb yarışlarında iştirak etmək niyyətindədir. Xatırladaq ki, dəbdəbəli avtomobil istehsalçısı 2018 və 2019-cu illərdə seriya krossoverləri və minik avtomobilləri sinifində Bentayga və Continental GT modelləri ilə qələbə qazanıb. Bu dəfə Bentley şirkəti Continental GT3 yarış avtomobilinin modifikasiya edilmiş versiyası ilə Time Attack 1 sinifində qələbə uğrunda mübarizə aparacaqdır .

Milli.Az autograph.az-a istinadən bildirir ki, avtomobili Britaniyada fəaliyyət göstərən Fastr müştəri komandasının və M-Sport zavod komandasının texniki mütəxəssisləri ilə birlikdə hazırlayirlar. Kupe markanın tarixindəki ən böyük arxa antiqanada malik olan inkişaf etdirilmiş aerodinamik dayağa sahib olacaqdır.

Avtomobilin təchiz edildiyi təkmilləşdirilmiş 4,0-litrlik V8 biturbo mühərriki bioyanacaq işlədəcəkdir. Hazırda müxtəlif qarışıqlar sınaqdan keçirilir. Bentley cari onilliyin sonuna qədər daxili yanma mühərrikləri ilə təchiz edilmiş avtomobilləri buraxacağını, lakin yanacağı təkrar bərpa edilən mənbələrdən alacağını bildirib.

Payks-Pik yarışı 1,44 metrlik hündürlük dəyişkənliyi və 156 döngəsi olan 20 kilometrlik dağ yolunda keçirilir. Finiş xətti dəniz səviyyəsindən 4,3 kilometr hündürlükdə yürləşir. Yeni rekord üçün, Bentley Continental GT3 Pikes Peak modeli marşrutu ortalama 125 km/saatdan yüksək sürətlə və 9 dəqiqə 36 saniyədən az müddətə qət etməlidir.

Avtomobili əvvəl olduğu kimi, Piks-Payk yarışlarının üçqat qalibi Yeni Zelandiyadan olan pilot Ris Millen idarə edəcəkdir. 99-cu Pikes Peak International Hill Climb yarışı 27 iyun tarixində keçiriləcəkdir.

Milli.Az

Mənbə: news.milli.az