​Beynəlxalq Kosmik stansiyada sızıntı baş verib

​Beynəlxalq Kosmik stansiyada sızıntı baş verib

Beynəlxalq Kosmik stansiyadakı Rusiyanın “Zvezda” modulunda hava sızıntısı ilə bağlı təhlükə davam edir.

Metbuat.az xəbər verir ki, ruslar problemi aradan qaldırmaq üçün xüsusi qrup yaradıb. Onlara amerikalı mütəxəssislər də dəstək verəcək. Bildirilir ki, problemi aradan qaldırmaq üçün iyun ayında kosmosa avadanlıqlar göndəriləcək.

Qeyd edək ki, ötən il “Zvezda” modulunda dəlik aşkar edilib. Dəlik bərpa edilsə də, modulda azı 6 çatın ola biləcəyi bildirilir. Hava sızıntısı stabil olduğu üçün təhlükə yoxdur.

Anar Türkeş / Metbuat.az

 

 

Mənbə: metbuat.az