Sürətli Hyperloop nəqliyyat növünün nə zaman istifadəyə veriləcəyi açıqlanıb

Gələcəyin nəqliyyat növünün ilk testlərinə start verilib. Hyperloop vakuum tuneli Las Veqasdan şimalda yerləşdirilib və yaxın bir neçə il ərzində insanların yüksək sürətlə daşınmalarını təmin etməklə səyahət sahəsində inqilab yaradacaq. Virgin Hyperloop-un vakuum tuneli Virgin Group şirkəti tərəfindən inşa edilib. Şirkət metal materialdan hazırlanmış geniş boru daxilində saatda 1200 km sürətlə hərəkət edəcək sərnişin kapsulları texnologiyasını təklif edir. Şirkət mühəndislərinin sözlərinə əsasən yüksək sürətli səyahət zamanı sərnişinlər təyyarələrin havaya qalxdıqları zaman yaşadıqları yüklənmələri hiss edəcəklər. Lakin Hyperloop daxilində sərnişinləri turbulentlik gözləmir.

Kapsul daxilindəki sakitlikdən isə ətraf səs-küyün boğulması sistemi cavabdeh olacaq. Tunelin daxilində tam vakuum şəraiti yaradılacaq və kapsullar maqnit vasitəsilə tunel daxilində hərəkət edə biləcəklər. Sərnişin kapsullarına gəldikdə, onlar 28 nəfər sərnişin üçün nəzərdə tutulacaqlar. Bundan əlavə olaraq kapsul daxilindəki oturacaqlar uzun / qısa məsafəli səyahətlər və həmçinin yük daşınmaları üçün də təkmilləşdirilə bilərlər. Hyperloop-un kommersiya məqsədli istifadəsinə 2027-ci ildə start verilməsi planlaşdırılır. Virgin Hyperloop şirkətinin planlarına əsasən ilk sürətli vakuum tunellər Hindistanda və Səudiyyə Ərəbistanında istifadəyə veriləcək.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Google” ikimərhələli autentifikasiyanı standart edəcək

SONRAKI XƏBƏR

Ərdoğan Kazımi ilə İsraili müzakirə etdi