Microsoft şirkəti Windows 10X-i bilinməyən müddətə kimi təxirə salıb

Büdcəli cihazlar üçün nəzərdə tutulmuş Windows 10X əməliyyat sisteminin bu il istifadəyə veriləcəyi gözlənilirdi. Lakin insayderlərin verdikləri məlumata əsasən Microsoft şirkəti öz planını dəyişib və bunun üçün vacib səbəblər var. Həmin səbəblərdən biri də odur ki, şirkət standart Windows 10-nun optimizasiyası üçün tərtibatçı çatışmazlığı yaşayır. Yəni şirkət standart Windows 10-nun optimizasiyası üçün yetəri resursa sahib deyil. İnsayderlər bildiriblər ki, Microsoft sadələşdirilmiş Windows 10X-i bilinməyən müddətə kimi təxirə salmaqla bütün gücünü aktual olan Windows 10-un təkmilləşdirilməsinə yönəldib. Hal hazırda şirkət tərtibatçıları Windows 10 üçün nəzərdə tutulmuş Sun Valley adlı böyük yenilənmə üzərində çalışırlar.

Sözügedən yenilənmə çərçivəsində əməliyyat sistemində qlobal dizayn dəyişikliyi reallaşdırılacaq. Bu, Windows 10X versiyasının tamamilə ləğv olunması demək deyil. Lakin bu il onu gözləmək lazım deyil. Getdikcə məşhurlaşan Chrome OS-in əsas rəqibi isə Windows-un ARM versiyası ola bilər. Şirkətə yaxın olan şəxslər arasında aparılmış sorğuya əsasən Microsoft bu cür qərarı öz istifadəçiləri arasındakı tələbatın analizi nəticəsində qəbul edib. Belə ki, istifadəçilərin çoxu Windows-un ayrı versiyasından daha çox standart Windows 10-un yeni funksiyalar əldə etməsində maraqlıdırlar. Bundan əlavə olaraq şirkətdə məhsulların test olunması ilə məşğul olan şəxslərin fikirlərinə əsasən Windows 10X istifadəyə verilmək üçün hələ hazır deyil. Bu cür şərtlər altında əlavə əməliyyat sistemi Microsoft-un bazardakı ümumi payına neqativ təsir göstərə bilər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qusarda kənd təsərrüfatına maraq artıb - VİDEO

SONRAKI XƏBƏR

Daha 30 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi