Vaksin olunmuşlara maska taxmamağa icazə verdilər

Vaksin olunmuşlara maska taxmamağa icazə verdilər

Tənzimləyici bildirib ki, tələbin götürülməsi barədə qərar vaksinasiyanın yoluxma və yoluxdurma riskini azaltdığı barədə elmi dəlillər əsasında verilib.

BAKI, 14 may - Sputnik. ABŞ-ın vaksinasiya olunmuş sakinləri maska taxmaya və sosial məsafəni gözləməyə bilərlər. Sputnik Azərbaycan -yə istinadən bildirir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) rəhbəri Roşel Valenski deyib.

"Əgər tam vaksin olunmusunuzsa, pandemiyaya görə edə bilmədiklərinizi artıq edə bilərsiniz", - xanım Valenskli brifinq zamanı deyib.

Buna rəğmən peyvəndlənmiş insanlar təyyarə, qatar, avtobuslarda olarkən maska taxmağa məcbur olacaqlar. Yeni tövsiyələr həmçinin xəstəxana, qocalar evi və həbsxana kimi müəssisələrə də şamil edilmir.

"Tamamilə peyvənd olunmuş adamlar federal qanun, tələb və qərardadların, eləcə də ştat və ərazilərin, yerli hakimiyyətlərin və iş yerlərinin rəhbərlərinin tələb etdiyi hallar istisna olmaqda maska taxmaya və sosial məsafəni gözləməyə bilərlər", - CDC-nin saytında deyilir.

Tənzimləyici bildirib ki, tələbin götürülməsi barədə qərar vaksinasiyanın yoluxma və yoluxdurma riskini azaltdığı barədə elmi dəlillər əsasında verilib.

Ancaq CDC-dən bildiriblər ki, vəziyyət pisləşərsə, tövsiyələr dəyişə bilər.

Cons Hopkins Universitetinin son məlumatlarına görə, ABŞ-da 32,8 milyondan çox adam koronavirusa yoluxub, 583 mindən çox adam isə dünyasını dəyişir

Mənbə: sputnik.az