Çip deyib keçməyin: Maşın bazarında sürətli bahalaşma

Çip deyib keçməyin: Maşın bazarında sürətli bahalaşma

Dünya avtomobil sənayesi çip böhranına görə milyardlarla dollar itirir.

Turkustan.info xəbər verir ki, ziyanı “AlixPartners”in analitikləri hesablayıblar. Onların fikrincə, qlobal çip çatışmazlığı avtomobil sektorunda 110 milyard dollar ziyana səbəb olacaq. İstehsal isə azı 3,9 milyon ədəd azala bilər.

Pandemiyanın yaratdığı çip böhranı Tokio yaxınlığındakı “Renesas” zavodundakı yanğından sonra daha da qlobal vəziyyət alıb.

Müasir avtomobillərdə çip az qala hər şeydə istifadə olunur. Mühərrikin idarəetmə sistemindən tutmuş sürücüyə kömək sisteminə qədər hər yerdə “çip”in köməyindən istifadə olunur.

Hələlik böhranın nə zaman aradan qalxacağı bəlli olmasa da, prosesin ən azı yayın sonuna qədər davam edəcəyi bildirilir.

Bu isə maşın bazarında bahalaşmaya səbəb ola bilər. Hazırda bəzi şirkətlər istehsalı azaltmaqla bağlı planlarını açıqlayıblar. “Volkswagen”, “Hyundai”, “BMW”, “Suzuki”, “Toyota”, “Honda” bura daxildir. /Cebhe.info/

Mənbə: turkustan.info