"Amazon" ilin sonuna qədər İngiltərədə əlavə 10 min yeni iş yeri yaradacaq

Bakı. Trend:

"Amazon" korporasiyası elektron ticarət bazarının genişlənməsi səbəbindən İngiltərədə ilin sonunadək heyətini 10 min nəfər artıracaq.

Trend TASS-a istinadən xəbər verir ki, şirkət İngiltərədə daha bir paylaşdırıcı distribyutor mərkəzi və dörd yeni anbar açmağı planlaşdırır. Beləliklə, bu ölkədə şirkətin işçi sayı 55 minə çatacaq.

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Psaki: İstər israilli, istərsə də fələstinli...

SONRAKI XƏBƏR

Aİ-nin Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat yaydı