Naməlum Ferrari superkarının şəkli peyda olub - FOTO

Naməlum Ferrari superkarının şəkli peyda olub - FOTO

The Supercar Blog saytında qeyri-adi Ferrari superkarının şəkli dərc edilib. Sportkarın F125tde adlandığı, ancaq onun Maranelloda deyil, böyük ehtimalla, Carrozzeria Touring Superleggera atelyesi tərəfindən inşa edildiyi deyilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, The Supercar Blog nəşrinin istinad etdiyi mənbələr şəkili Abu Dabidə çəkilən superkarın üzü dəyişdirilmiş Ferrari F12tdf modelinin olduğu və F125tde (Tour de España) adlandığını iddia edilərr. Yeni kupe donorundan panoram damı olan yeni kuzovu, arxa panellər ilə birləşdirilmiş iki hissəli qanadı, inkişaf etmiş bir diffuzoru və buraxılış sisteminin mərkəzdə yerləşən çxış borusui ilə fərqlənir. Avtomobilin dizaynı, yenə də şayiələrə görə, Carrozzeria Touring Superleggera kuzov atelyesinin işidir.

Kapotun altında nə olduğu bilinmir. Adi Ferrari F12tdf superkarı 780 at qüvvəsi və 705 Nm fırlanma anına malik 6,3-litrlik V12 atmosfer mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 340 km/saata qədər sürətlənir. Ümid etmək olar ki, belə aqressiv bir görünüş malik olan F125tde modeli bir qədər güclü olacaq və 830 qüvvəli ekstremal Ferrari 812 Superfast modelinə yaxın olacaqdır. Sonuncu superkarın GTO, Imola və ya Competizione indekslərindən birinə sahib olacağı güman edilir.

Milli.Az

Mənbə: news.milli.az