ABŞ HHQ üçün ilk iki B-21 “Raider” stels bombardmançısının istehsalı tamamlanıb

ABŞ HHQ üçün ilk iki B-21 “Raider” stels bombardmançısının istehsalı tamamlanıb

 

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) üçün ilk iki B-21 “Raider” stels (radara görünməyən) bombardmançı təyyarənin istehsalı başa çatıb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hava Qüvvələrinin rəsmisi Darlen Kostelle konqresmenlərə verdiyi açıqlamada məlumat verib.

“Northrop Grumman” şirkəti tərəfindən istehsal edilən bombardmançı təyyarələr tezliklə sınaqdan keçiriləcək.

B-21 bombardmançı təyyarələri B-2 “Spirit” təyyarələrinə bənzər formada tərtib edilib.

COVID-19 pandemiyasından əvvəl Hərbi Hava Qüvvələri təyyarənin ilk dəfə 2021-ci ilin dekabrında sınaqdan keçiriləcəyini gözləyirdi. Ancaq təyyarələrin ilk uçuşunun gələn il baş tutacağı ehtimal edilir.

B-21-lər B-1B “Lancer” parkını əvəz etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az