Sinir hüceyrələrini bərpa etmək mümkündür?

Sinir hüceyrələrinin bərpa edilə bilməyəcəyi haqqında aparılan müzakirələrə rast gəlmək olar. Yetkin sinir hüceyrələri, neyronlar, həqiqətən yenilənmə qabiliyyətlərini itirir. Bu, ilk növbədə mərkəzi sinir sisteminə - beyinə və onurğa beyninə aiddir. Generasiyanın (əmələ gəlmə) yavaş getməsi səbəbindən sinir sisteminin zədələnmələri olduqca ağır ola bilər. Bu bədən hissələrinin hərəkətsizləşməsinə, iflic olmasına və hətta həyati orqanların sıradan çıxmasına səbəb ola bilər. Son illərdə aparılan araşdırmalar sinir hüceyrələrinin bərpasını və meydana gəlməsini stimullaşdırmağın yollarının olduğunu göstərib.

Digər toxumalardakı hüceyrələrdən fərqli olaraq, neyronlar bölünməyə qadir deyil. Bununla belə, yeni neyronların həyat boyu yaranması məlum olub. Onlar demək olar ki, hər birinə çevrilə bilən kök hüceyrələrdən yaranır. Ayrıca, Kolorado Universitetinin tibb fakültəsinin tədqiqatçıları, mərkəzi sinir sistemi hüceyrələrinin zədələnmədən qurtarma mexanizmi tapıb. Yenidən generasiya prosesi xüsusi seçilmiş fiziki fəaliyyətin köməyi ilə başlaya bilər.

Qeyd etmək lazımdır ki, insan beynini öyrənmək tibbi və etik səbəblərdən olduqca çətindir, buna görə araşdırmalar bu günə qədər əsasən gəmiricilər üzrərində aparılır.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Gənc nəsil sağlamlığının qayğısına qalmalı, zərərli vərdişlərdən uzaq durmalıdır

SONRAKI XƏBƏR

ABŞ-a qayıtmaq istəmirəm - Bayden