Yüksək təzyiqin müalicəsi üçün bu mineraldan istifadə edin - YENİ KƏŞF

Yüksək təzyiqin müalicəsi üçün bu mineraldan istifadə edin - YENİ KƏŞF

Hipertoniyanın müalicəsində sink istifadə edilə bilər və bu təzyiqin salınmasına rol oynayır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Avstraliya və ABŞ alimləri yeni elmi tədqiqatlarında bu qərara gəliblər.

Onlar sink tərkibli preparatların Alsgeymerin müalicəsində rolunu araşdırmış və müşahidə ediblər ki, xəstələrdə təzyiq aşağı düşüb
Bu vaxta kimi həkimlər düşünürdülər ki, təzyiqi stabilləşdirən 2 mineral var: kaliy və kalsium.
Məhz bu mineralın təsirindən damarlar yığılıb açılır.

Damarların yığılması, daralması təzyiqin qalxmasına, genişlənməsi isə düşməsinə səbəb olur.
Qanda yüksək miqdar kalsiy arteriyaları daraldır və qan təzyiqi qalxır.

Lakin sink tamam əks rol oynayır. O, damarları rahatladır, açır və genişləndirir, əzələ damar hüceyrələrindən kalsiumun səviyyəsini azaldır.
Qan dövranını sürətləndirir, təzyiqi salır.

Xüsusilə sink baş beyin və ürək damarları üçün gözəl effekt verir.

Bu elmi kəşf hipertoniya ilə sink defisiti arasında əlaqəni təsdiq edir. Yaşlı insanlarda sink az olduğu üçün təzyiqləri yüksəlir.

Ona görə də yüksək təzyiq xəstələrinə sink preparatları təyin edilsə daha effektiv olar.

Milli.Az

Mənbə: news.milli.az