Türkiyə 5-ci nəsil döyüş təyyarələrinin təqdim edilməsi tarixini açıqlayıb

Türkiyə 5-ci nəsil döyüş təyyarələrinin təqdim edilməsi tarixini açıqlayıb

ABŞ-la yaşanan gəginlik nəticəsində F-35 layihəsindən uzaqlaşdırılan Türkiyə TF-X Milli Döyüş Təyyarəsi (MMU) layihəsi üzərində işlərə başlayıb. Layihə çərçivəsində beşinci nəsil döyüş təyyarələrinin istehsalı nəzərdə tutulur. Ordu.az xəbər verir ki, layihənin əsas podratçısı olan TUSAŞ şirkətinin baş meneceri Temel Kotil “Anadolu” agentliyinə təyyarələrin istehsalı ilə bağlı bir sıra açıqlamalar verib.

O qeyd edib ki, istehsal prosesi uğurla davam edir və avionika, idarəetmə və hidravlik sistemlərini özündə birləşdirən prototip ilk dəfə 18 mart 2023-cü ildə təqdim ediləcək.

MMU təxminən 20.000 hissədən ibarət olacaq. Hissələrinin istehsalının 2022-ci ilin sonuna qədər tamamlanacağını bildirən Kotil əsas problemin mühərrik olduğunu bildirib.

Kotil əvvəlcə mühərriki gücləndirmək üçün hazır mühərrikdən istifadə ediləcəyini əlavə edib. “TRMotor” tərəfindən hazırlanmış yeni mühərrik daha sonra təyyarəyə inteqrasiya ediləcək.

Təyyarənin kompüter avadanlığı üzərində ASELSAN şirkəti, proqram təminatı üzərində HAVELSAN işləyir.
 

 

Mənbə: ordu.az