İran yerli peyvəndi istifadəyə verdi

İran yerli peyvəndi istifadəyə verdi

İranın Səhiyyə Nazirliyi koronavirusa qarşı hazırlanan “COVİRAN Bereket” peyvəndinin təcili istifadəsinə icazə verib.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mediaya məlumat yayıb. Məlumata görə, gələn həftə İran yerli istehsal olan daha bir peyvəndin istifadəsinə icazə verəcək.

Qeyd edək ki, “COVİRAN Bereket” peyvəndi ilk dəfə ötən ilin dekabr ayında test edilib. Nəticələrin uğurlu olduğu açıqlanıb.

Mənbə: metbuat.az