Rusiya Ordusu “İskəndər-M” kompleksləri üçün yeni raketlər əldə edib

Rusiya Ordusu “İskəndər-M” kompleksləri üçün yeni raketlər əldə edib

Rusiya Ordusu “İskəndər-M” Operativ-Taktiki Raket Kompeksləri üçün yeni raketlər əldə edib.
Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Yeni raketin Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün əlavə problemlər yaradacaq yeni manevr qabiliyyətinə sahib olduğu iddia edilir.

Nəşr qeyd edir ki, yeni raket ilk dəfə 2020-ci ildə təlim əsnasında istifadə edilib və raketin inkişafına 2016-cı ildə başlanıb.

Raketlər “Kapustin Yar” poliqonunda 2020-ci ildə raket və artilleriya qüvvələrinin təlimində sınaqdan keçirilib və hazırda yüksək hazırlıq vəziyyətindədir.

Balistik raket sinfində yer alan yeni “İskəndər-M” raketinin 500 kilometr məsafədəki hədəfləri məhv edə biləcəyi qeyd olunur.
 

Mənbə: ordu.az