“Apple” yeni “Beats Studio Buds” qulaqlıqlarını təqdim edib – Foto

“Apple” yeni “Beats Studio Buds” qulaqlıqlarını təqdim edib – Foto

Amerikanın “Apple” korporasiyası tamamilə simsiz “Beats Studio Buds” qulaqlıqlarını təqdim edib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, “Beats” markasının bu məhsulu funksionallıq baxımından “AirPods Pro” qulaqlıqlarına bənzəyir.

Cihaz su damcıları, o cümlədən tərdən qoruma funksiyasına malikdir. Bundan əlavə, qulaqlıqlar üzərində telefon zənglərini qəbul etməyə imkan verən çoxfunksiyalı düymə quraşdırılıb. Onun vasitəsilə həm də musiqini idarə etmək olur.

“Beats Studio Buds” modeli səs-küyü aradan qaldıran sistem, o cümlədən ətrafda baş verənləri eşitməyə imkan verən “şəffaf” rejimlə təchiz edilib. Akkumulyator qulaqlıqların 5 saat fasiləsiz olaraq işləməsinə imkan verir. Şarj qutusu rejimdən asılı olaraq cihazın işini 15-24 saata qədər uzadır.

Verilən məlumata görə, “Beats Studio Buds” qulaqlıqları 24 iyun tarixində satışa çıxarılacaq. ABŞ bazarında cihazın qiyməti 150 dollar təşkil edəcək.

Mənbə: banker.az