“Hyundai” avtomobilləri tezliklə uça biləcək

“Hyundai” uçan avtomobillər layihəsini inkişaf etdirərək yaxın onilliyin ortalarına qədər hazır etməyi planlayır. TED.az xəbər verir bildirir ki, uçan taksilərin 2028-ci ilə qədər hasır olmayacağı deyilsə də,“Hyundai”nin Şimali Amerika CEO'su José Munoz-a görə bu layihə planlaşdırıldığından daha sürətlə irəliləyir.

Şirkət uçan avtomobillərin tez bir zamanda reallaşması üçün elektrikli nəqliyyat vasitələrinə 7.4 milyard dollarlıq bir investisiya qoyub.

Lakin şirkət uçan taksiləri satmaq fikrində deyil. O bunun üçün sərnişin və yük daşınması xidmətləri göstərən ayrı bir “Hyundai” şöbəsi yaradacaq.

Qeyd edək ki, “Hyundai” hava taksiləri akkumulyatorla işləyən kvadrokopterlərdir.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ ordusu Afrikadakı təlimlərdə S-400 sistemlərini hədəf alıb

SONRAKI XƏBƏR

Nazilə Səfərli dilə gəldi: "İmkan verin..."