“Apple” ilkin tibbi yardım bazarına çıxmağı planlaşdırır

“Apple” ilkin tibbi yardım bazarına çıxmağı planlaşdırır

“Apple” bir neçə ildir ki, səhiyyə sahəsində böyük bir layihə həyata keçirməyi planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazır. Nəşrin bildirdiyi kimi, şirkət ilkin tibbi xidmət sistemini yaratmaq və bu işə korporativ klinikalardan müxtəlif ixtisaslı həkimləri cəlb etmək istəyir.

Lakin buna baxmayaraq, layihə üzərində iş dayandırılıb və “Apple”ın yaratdığı tətbiq istifadəçilər üçün az maraqlı olub. Korporasiyanın planları ilə tanış olan mənbələrə görə, “Apple” təkcə sağlamlıq məlumatları ilə işləmək deyil, eyni zamanda onun klinikalarında çalışan həkimləri də bu işə cəlb etmək istəyir.

Onun fikrincə, bu birləşmə istifadəçilərə sağlamlığı daim izləmək və onun yaxşılaşdırılması üçün fərdi proqramlar əldə etmək imkanı verəcək.

“WSJ”yə görə, bu planı həyata keçirmək üçün “Apple” istifadəçilərin fiziki vəziyyəti və rifahı haqqında məlumatları toplayacaq bir qrup yaradıb. Layihəyə mühəndislər, klinik həkimlər, dizaynerlər və digər mütəxəssislər qoşulub.

“Casper” adını daşıyan bu layihənin tam olaraq nələrdən ibarət olduğu məlum olmasa da, mənbələr şirkətin onun üzərində işləməyə davam etdiyini yazır.

Nəşr qeyd edir ki, “Apple” öz məhsullarını buraxmazdan əvvəl illərlə bazarı təhlil edir. Bəzən şirkət yeni layihələr və ya texnologiyalar üzərində fəal şəkildə işləsə də, son nəticədə istehlakçı onların heç birini görmür.

Mənbə: banker.az