Çin son 5 ildə ilk dəfə orbitə kosmonavt göndərdi

Çin son 5 ildə ilk dəfə orbitə kosmonavt göndərdi

Çin kainatı araşdırmaq üçün orbitə üç kosmonavt göndərib.

Cebhe.info xəbər verir ki, Çin son 5 ildə ilk dəfə orbitə kosmonavt yola salıb.

Belə ki, astronavtlar – Nie Haisheng, Liu Boming və Tang Hongbo Çinin şimalındakı Jiuquan Peyk Mərkəzindən kosmik stansiyaya uçub.

Onlar 3 ay dünyadan 380 kilometr məsafədə yerləşən “Tianhe” modulunda qalacaq.

Bütün dünyanın diqqətlə izlədiyi kosmonavtlar yerli vaxtla 09:22-də uçub.

Qeyd edək ki, Çin Beynəlxalq Kosmos stansiyası layihəsindən çıxarıldığına görə, sərbəst fəaliyyət göstərir.

Xatırladaq ki, son 6 ayda Çin Aydan torpaq və qaya örnəklərini dünyaya gətirib. Ardından da 6 təkərli bir robotu Marsa endirməyi bacarıb.

Çin isə quracağı kosmik stansiyanın digər ölkələrə üçün də açıq olduğunu bəyan edib.

Rusiya da Çinin qurduğu kosmik stansiyaya öz texnologiyalarını göndərəcəyini açıqlayıb.

Əbülfət Baxşəli

Mənbə: cebhe.info