Pilotsuz avto tərtibatçısı “Waymo” $2.5 mlrd. cəlb edib

Pilotsuz avto tərtibatçısı “Waymo” $2.5 mlrd. cəlb edib

Pilotsuz avto tərtibatçısı olan “Waymo” 2.5 milyard dollar investisiya cəlb edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “The Verge” yazıb.

“Pitchbook” saytının verdiyi məlumata görə, hal-hazırda xidmət 30 milyard dollar dəyərində qiymətləndirilir. Xatırladaq ki, “Waymo” – Çinin “Alphabet” şirkətinin törəməsidir və əsas investisiyalar da məhz ondan gəlir. 2020-ci ildə “Waymo” ilk dəfə olaraq “Alphabet”dən, o cümlədən kənar investorlardan 3.2 milyard dollar cəlb edib.

Yeni raundda həmçinin “A16Z”, “AutoNation”, “Fidelity Management and Research Company”, “Silver Lake” və “Tiger Global” iştirak edib.

Xatırladaq ki, daha əvvəl “Waymo”nun rəqibi “Cruise” startapı “General Motors”dan pilotsuz avromobil istehsalı üçün 5 milyard dollar cəlb edib.

Mənbə: banker.az