Peyvənddən çəkinən kişilər üçün VACİB XƏBƏR: Azaltmır, əksinə ARTIRIR

Peyvənddən çəkinən kişilər üçün VACİB XƏBƏR: Azaltmır, əksinə ARTIRIR

Koronavirus peyvəndinin kişilərdə sonsuzluğa səbəb olması ilə bağlı şayələr çoxdur.

Metbuat.az xarici mediyaya istinadla xəbər verir ki, epidemiyanın baş verməsindən 1.5 il sonra tapılan vaksinlər epidemiyanın sona çatması üçün üfüqdə günəş olsa da, peyvəndin təsirləri ilə bağlı bir çox müzakirə var. Araşdırma zamanı məlum olub ki, elmi araşdırmalar , koronavirusun sperma sayını təsir etmədiyini aşkar edib.

ABŞ-da Miami Universitetinin Urologiya şöbəsi tərəfindən aparılan elmi bir araşdırmaya görə, mRNA üsulu ilə istehsal olunan Pfizer-BioNTech və Moderna peyvəndləri sperma sayını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Tədqiqat, orta yaşı 28 olan 45 sağlam kişi üzərində aparılıb. 45 kişidən 21-nə Pfizer-BioNTech peyvəndi, 24-nə Moderna peyvəndi vurulub. Kişilərdə, iki doz peyvənddən sonra, başlanğıcda 26 milyon / ml-dən sperma sayı 30 milyon / ml-ə yüksəlib.

"Gənc, sağlam kişilərin sperma parametrlərində heç bir dəyişiklik tapmadıq" deyən Miami Universiteti Sağlamlıq Sistemi və araşdırmanın müəllifi Dr Ranjith Ramasamy, CNN International-a Johnson & Johnson və AstraZeneca da daxil olmaqla mRNA peyvəndlərinin lazımlı olduğunu söyləyib.

Mənbə: metbuat.az