Çin kosmosda nailiyyətlər qazanmaqdadır - ABŞ bundan narahatdır

Çin kosmosda nailiyyətlər qazanmaqdadır - ABŞ bundan narahatdır

Çinlilərin məskunlaşdığı çoxmodullu kosmik stansiya daxili yaşayış sahəsinin həcminə görə sovet-rus "Mir" stansiyasını və ABŞ-ın "Skylab" stansiyasını xatırladır.

Cebhe.info xəbər verir ki, bu barədə "The Drive" ABŞ nəşri məlumat yayıb.

Amerika nəşri yazır ki, Çinin astronavtika elminin inkişafı Beynəlxalq Kosmik Stansiyanın köhnəlməsi və Pekin tərəfindən kosmosun fəal şəkildə araşdırılması fonunda baş verir.

Məlumata görə, Çinin astronavtika sahəsindəki son illərdə qazandığı ən mühüm uğurları Ay torpağı nümunələrinin Yerə çatdırılması, Marsda özüyeriyən aparatın yerləşdirilməsi və ABŞ-ın “X-37B” mini-servisinin analoqunun işə salınmasıdır.

Nəşr qeyd edir ki, hazırda Pekin Rusiya ilə kosmik tədqiqat sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. ABŞ isə bundan çox narahat olduğunu etiraf edib və bu əməkdaşlığı özünə təhlükə hesab edib.

Sevinc Tapdıqqızı

Mənbə: cebhe.info