Almaniya şirkəti “Master XT” avtonom döyüş robotlarını təqdim edib - FOTOLAR

Almaniya şirkəti “Master XT” avtonom döyüş robotlarını təqdim edib - FOTOLAR

Almaniyanın “Rheinmetall” şirkəti “Mission Master” avtonom insansız quru vasitələri ailəsinin ən son üzvü olan “Master XT” döyüş robotlarını təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Artıq bazara təqdim olunan “Master SP” platformasından fərqli olaraq, “Master XT” dizel mühərriki ilə təchiz edilib. Robotlar şirkətin Kanadadakı müəssisəsi tərəfindən hazırlanıb.


“Master XT” ekstremal ərazilərdə istifadə üçün nəzərdə tutulub. Buz, qar və sıfırdan aşağı hava şəraiti ilə yanaşı qumlu, qayalıq və dağ relyefində asanlıqla hərəkət edir. İnkişaf etmiş amfibiya imkanları robotun tam yük tutumu ilə üzməsinə imkan verir.


2217 kq ağırlığında olan bu güclü robot bütün ssenarilərdə 1000 kq yük daşıya bilər. Dizel mühərrikli mühərrik 750 km məsafəni qət etməyə imkan verir, lityum-ion batareyalar isə 6 saata qədər izləmə əməliyyatını təmin edir.

“Master XT”nin həyata keçirə biləcəyi fəaliyyət sahəsinə logistik nəqliyyat, nəzarət, atəş dəstəyi, xilasetmə, tibbi evakuasiya daxildir. Robot hər platformaya inteqrasiya olunmuş NATO standartlarına cavab verən bənzərsiz döyüş idarəetmə sisteminə malikdir.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az