Rusiyada yeni tank əleyhinə kompleks yaradılır

Rusiyada yeni tank əleyhinə kompleks yaradılır

Rusiyada RPG-7 tank əleyhinə qumbaraatanları üçün yeni nəsil sursatlar hazırlayır.
Ordu.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi yazıb.

Agentlik qeyd edir ki, 60 ildir istifadə edilən qumbaraatan ağır texnika üçün daha təhlükəli olacaq.

RPG-7 üçün perspektivli sursatların ilk nümunələri 2-3 il ərzində ortaya çıxacaq.

Mühəndislərin fikrincə, yeni sursatlarla komplekslərin effektivliyi 30% artacaq.

Sevinc Əliyeva
Ordu.az

Mənbə: ordu.az