İsrailin yeni kamuflyaj texnologiyası əsgərləri “görünməz” edib

İsrailin yeni kamuflyaj texnologiyası əsgərləri “görünməz” edib

İsrailin “Polaris Solutions” şirkəti döyüş sahəsində hərbi qulluqçuları demək olar ki, “görünməz” edən kamuflyaj texnologiyası inkişaf etdirib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

İsrail Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən şirkət bu yaxınlarda çox spektral gizlədilməni təmin edən materialdan hazırlanmış “Kit 300” adlı innovativ kamuflyaj təqdim edib.

“Polaris Solutions” 2010-cu ildə qurulub və İsrail ordusu üçün xüsusi texnologiyalar hazırlayır.

Sevinc Əliyeva
 

 

Mənbə: ordu.az