Çin ordusuna yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib

Çin Xalq Qurtuluş Ordusunun Hərbi Hava Qüvvələrinə yerli mühərriklə təchiz edilən J-20 qırıcları təhvil verilib. Ordu.az xəbər verir ki, bu barədə Çinin dövlətə məxsus CCTV kanalı yazıb.

Çində istehsal edilən WS-10 mühərrikləri ilə təchiz edilən təyyarələr artıq ilk uçuşlarını həyata keçirib.

Qeyd edək ki, döyüş təyyarələrinin əvvəlki versiyaları rus istehsalı mühərriklərlə təchiz edilmişdi.

J-20 Çinin “Chengdu Aerokosmik şirkəti tərəfindən Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələri üçün istehsal olunmuş stels, çoxməqsədli döyüş təyyarəsidir. J-20 ilk uçuşunu 11 yanvar 2011-ci ildə həyata keçirib, 2017-ci ilin martında xidmətə qəbul edilib.

Sevinc Əliyeva
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"Qaçqın" statusu nə vaxt ləğv olunacaq? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı - FOTO