Belarus sərgidə iki yeni PUA təqdim edib - VİDEO

Belarus Minskdə keçirilən MILEX-2021 müdafiə sərgisində iki yeni Pilotsuz Uçuş Aparatı (PUA) təqdim edib. Ordu.az xəbər verir ki, bu barədə Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidməti məlumat verib.

PUA-ların Belarusa məxsus “558-ci Aviasiya Təmir Zavodu” ASC tərəfindən istehsal edildiyi bildirilir.

Təqdim olunan PUA-lardan biri UBAK-25 “Çekan” adlanır. 25 kilometr uçuş məsafəsinə malik PUA iki kiloqrama qədər döyüş yükü daşıya bilir. PUA-nın kamikadze tipli olduğu bildirilir.

70 kilomter uçuş məsafəsinə malik UBAK-70 “Lovçiy” PUA-larının maksimum döyüş yükü 20 kiloqramdır.
 

 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

“Dəyişiklik ipoteka sisteminin təkmilləşdirilməsinə imkan verəcək” İQTİSADÇI ŞƏRH ETDİ

SONRAKI XƏBƏR

Yaşar Bəşirov: “Azərbayranın üç, Rusiya, Fransa və ABŞ-ın bir lisenziya qazanması xüsusi məqamdır”