Avropa Komissiyası “Google”a qarşı antiinhisar istintaqa başlayıb

Avropa Komissiyası iyunun 22-də rəsmi olaraq “Google”a qarşı antiinhisar istintaqa başlayıb. Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə səlahiyyətli orqanın press-relizində deyilir.

“Avropa Komissiyası “Google”a qarşı istintaqa başlayıb. Bu istintaq şirkətin Avropa İttifaqının müəyyən etdiyi rəqabət qaydalarını pozub-pozmadığını müəyyən etmək məqsədini daşıyır”, – deyə mesajda bildirilir.

Xüsusilə, istintaq “Google”un saytlarda və tətbiqetmələrdə istifadəçi məlumatlarını üçüncü tərəfə ötürməsi, eyni zamanda bu məlumatlardan şəxsi məqsədlərlə istifadə etməsi yoxlanılacaq.

Xatırladaq ki, iyunun 7-də Fransa hökuməti “Google”u onlayn-reklam qaydalarının pozulmasına görə 220 milyon avro cərimə edib.

Ümumilikdə, son on ildə Avropa Komissiyası “Microsoft”, “Google”, “Amazon” və digər şirkətlərə qarşı rəqəmsal bazarda rəqabət qaydalarının pozulmasına görə milyardlarla dollarlıq cərimə cəzası tətbiq edib. Təxminən 150 internet-şirkəti Avropa Komissiyasından “Google” üzərində nəzarəti sərtləşdirməyi xahiş edib.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

İsrail ABŞ-ın dəniz piyadalarına “gəzən sursat” tədarük edəcək

SONRAKI XƏBƏR

İranlı rəsmi Rəisinin dövrünün xarici siyasətindən danışdı