“Toyota” robot-ofisiant təqdim edib – Video

“Toyota” robot-ofisiant təqdim edib – Video

“Toyota” şirkətinin elmi-tədqiqat institutu (TRI) gündəlik vəzifələri yerinə yetirə bilən robot təqdim edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, robot şəffaf və işıq əks etdirən səthləri tanımağı bacarır.

Qeyd edək ki, robotların əksəriyyəti elə proqramlaşdırılıb ki, onlar yalnız hərəkət edən obyektləri müəyyən edə bilirlər. “Toyota” tədqiqatçıları bu problemi həll ediblər və insana bənzəyən robot təqdim ediblər.

 

Bu robot şəffaf səthləri, masaların üstünü silə bilir və baş verənləri kameraya çəkir. Robotun tərtibatı zamanı üçölçülü həndəsə metodundan istifadə edilib. Bunun üçün robota böyük həcmdə sintetik məlumatlar yeridilib.

Nəticədə gec və ya tez hər bir ailədə olacaq robot yaradılıb. Tədqiqatçılar cihaz üzərində işi davam etdirirlər. Xatırladaq ki, iyunda Çində büdcəli robot-tozsoran satışa çıxarılıb. O, sahibinə kömək etməyi bacarır.

Mənbə: banker.az