ABŞ F-15 qırıcılarını İsrail istehsalı REM vasitəsi ilə təchiz edəcək

ABŞ F-15 qırıcılarını İsrail istehsalı REM vasitəsi ilə təchiz edəcək

ABŞ-ın “Boeing” şirkəti F-15 döyüş təyyarələrini İsrailin “Elbit Systems” şirkəti tərəfindən istehsal edilən iSNS radioelekton mübarizə vasitəsi (REM) ilə təchiz edəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi məlumat verib.

Şirkət rəsmisi iSNS sisteminin sərt əməliyyat tələblərinə cavab verdiyini və F-15 qırıcılarının imkanlarını genişləndirmək və inkişaf etdirməkdə faydalı olduğunu bildirib.

iSNS (Peyk Naviqasiya Sistemi) İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Bu sistem GPS sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulan vasitələrə qarşı mübarizə aprmaq üçün nəzərdə tutulub. Sistem peyk rabitəsinə müdaxilə edən vasitələrin qarşısını almağı bacarır.

Modul sistem zirehli texnika, artilleriya sistemləri, PUA, qırıcılar, gəmilər və sualtı qayıqlar da daxil olmaqla geniş dəniz, hava və quru silahlarında istifadə üçün xüsusi olaraq hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az