“iPhone 12 mini” smartfonunun istehsalı dayandırılıb

“iPhone 12 mini” smartfonunun istehsalı dayandırılıb

“Apple” satışların az olması səbəbindən 2021-ci ildə “iPhone 12 mini” smartfon modelinin istehsalını dayandırıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, 2021-ci ilin yanvarında ABŞ-da ümumi satışların yalnız 5%-i “iPhone 12 mini” təşkil edib.

2021-ci ilin martında “Nikkei” mənbələri “Apple”ın yeni “iPhone 12 mini” satışını 70% azaltmağı planlaşdırdığını yazıb. Bu ilin birinci rübündə bu smartfonun satışları dünyanın smartfon bazarında altıncı yerdə olub.

“TrendForce”un proqnozuna görə, “Apple” 2021-ci ilin payızında yeni “iPhone 12s” smartfonunu təqdim edəcək. Cihaz A15”prosessoru və 6P ölçülü kamera ilə təchiz ediləcək.

Analitiklər yeni modelin ümumi satışların 39%-ni təşkil edəcəyini gözləyirlər. Nəticədə satış həcmi 12.3% artacaq. Artım ABŞ və Avropa iqtisadiyyatlarının bərpa olması sayəsində baş verəcək. Qiymətlər köhnə “iPhone”ların səviyyəsində qalacaq.

Mənbə: banker.az