Bu vaksinin ölümcül yan təsiri müəyyən edildi

Bu vaksinin ölümcül yan təsiri müəyyən edildi

İngiltərədə istehsal olunan “AstraZeneka” peyvəndinin daha bir ölümcül yan təsiri üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Annals of Neurology” jurnalı məlumat yayıb.

İngiltərədə bu peyvəndi vurdurduqdan sonra 4 nəfərdə ölümcül “Giyen-Barre” (süst iflicə səbəb olan xəstəlik) sindromu yaranıb. Hindistanlı həkimlər 100.000 nəfərdən bir aşkar edilən sindromun normaldan 10 dəfə daha çox müəyyən edildiyini bildiriblər.

Qeyd edək ki, bu sindrom Avstralyada 6, Hindistanda isə 7 nəfərdə müəyyən edilmişdi.

Mənbə: axar.az