“Kosmonavtlar kosmosda paltarlarını yuyacaq" - NASA-dan yenilik

“Kosmonavtlar kosmosda paltarlarını yuyacaq" - NASA-dan yenilik

ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) yuyucu toz istehsal edən nəhəng şirkətlə iş birliyi qurub.

Cebhe.info xəbər verir ki, buna səbəb NASA-nın kosmonavtlara kosmosda öz paltarlarını yumağı öyrətməsidir.

Bu barədə "The Associated Press"məlumat yayıb.

Məlumata görə, hazırda kosmonavtlar geyimlərini çirkləndikdən və pis qoxu gəldikdən sonra atırlar.

NASA isə bu qənaətdədir ki, kosmonavtlara öz paltarlarına necə qulluq etməyi öyrədə biləcək və bundan sonra bu paltarlar Yerdə olduğu kimi, bir neçə ay, hətta bir neçə il istifadəyə yararlı olacaq.

Qeyd edək ki, bu ilin sonuna kimi NASA kosmosa yuyucu vasitələr göndərməyi planlaşdırır.

Bildirək ki, paltaryuyan maşın istehsal edən şirkət isə Yerdə olduğu kimi Marsda və Ayda da işləyə bilən paltaryuyan maşın istehsal etmək niyyətindədir.

Fərq ondan ibarət olacaq ki, kosmosa göndəriləcək paltaryuyan maşınlar daha az su və yuyucu vasitələrdən istifadə edəcək.

Sevinc Tapdıqqızı
Cebhe.info

Mənbə: cebhe.info