Virusla bağlı daha bir təhlükə: "Peru ştammı" da meydana çıxdı

Virusla bağlı daha bir təhlükə:  "Peru ştammı" da meydana çıxdı

Peruda koronavirusun Hindistan ştammı ilə müqayisə ediləcək mutasiya olmuş yeni bir növü aşkarlanıb.

Azvision.az xəbər verir ki, bu barədə "George Mason" Universitetinin professoru Ança Baranova məlumat yayıb.

Mütəxəssis gələcəkdə COVİD 19-un digər, yeni növlərinin meydana gəlməsini də istisna etməyib. “Koronavirusun Hindistan versiyasından sonra digər növləri meydana çıxacaq. Məsələn, Peruda artıq olduqca dəhşətli olan yeni bir ştamm qeydə alınıb. O, təhlükəsinə görə, "Delta"dan (Hindistan ştammı-red.) zəif deyil. Hətta təxminən onunla bir səviyyədədir"-,deyə professor qeyd edib.

Baranova belə hesab edir ki, yeni növlərin hər birinə qarşı ayrıca vaksin vurdurmağa ehtiyac olacaq.

“Əgər bunlar iki fərqli virus növüdürsə, onda belə alınır ki, həmin ştamlara qarşı fərqli peyvəndlərə də ehtiyac yaranacaq? Bütün bunlar suallar doğurur”.

Qeyd edək ki, Hindistan ştammı artıq Gürcüstan və Rusiyaya da çatıb.

Tural Tağıyev

Mənbə: azvision.az