Ermənistana robot və PUA laboratoriyası yaradılacaq

Ermənistana robot və PUA laboratoriyası yaradılacaq

İrəvan bələdiyyə şurasının son iclasında “Aşot Qulyan adına İrəvan Uşaq-Gənc İdman-Texniki Mərkəzi”nin əsasında “Aşot Qulyan adına İrəvan Aviamodelləşdirmə Məktəbi” qeyri-kommersiya təşkilatının yaradılması barədə qərar qəbul edilib. Ordu.az xəbər verir ki, məktəbin bazası əsasında PUA və robot laboratoriyası təsis etmək planlaşdırılır.

Bildirilir ki, məktəbdə PUA-lar da yaradılacaq, robot texnikası üçün təlim proqramları hazırlanacaq.
 

 

Mənbə: ordu.az