“iPhone 13 Pro” smartfonunun dizaynı açıqlanıb – Video

“iPhone 13 Pro” smartfonunun dizaynı açıqlanıb – Video

“iPhone 13” smartfonunun dizaynı təqdimatdan əvvəl açıqlanıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Göründüyü kimi, model keçmiş “iPhone Pro”ya bənzəyir – dördbucaqlı korpus və mat şüşə. Buna baxmayaraq, müəyyən fərqliliklər də var. Məsələn, kamera yeni optika ilə təchiz edilib.

Bildirildiyi kimi, smartfonun bütün modelləri OLED-displey, “Apple A15” platforması və texnoloji prosessorla təchiz edilib.

“iPhone 13” sentyabr ayında təqdim ediləcək, satışlar isə oktyabr-noyabr aylarında başlayacaq.

Mənbə: banker.az