Cənubi Koreya kiçik PUA-ları aşkarlamaq üçün radar hazırlayıb

Cənubi Koreya kiçik PUA-ları aşkarlamaq üçün radar hazırlayıb

Cənubi Koreya ordusuna qarşıdakı 6 ay ərzində çox kiçik PUA-ları aşkar edə bilən radarlar tədarük ediləcək. Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Satınalmaları İdarəsi (DAPA) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, radarlar hətta “beyzbol ölçüsündə” olan PUA-ları da aşkar edə biləcək. Radarların mənzili 8 kilometrdir.

Sistem keçən il 4.3 milyon dollar müqavilə ilə yerli şirkət tərəfindən hazırlanıb və altı aylıq istehsal və yoxlama dövründən keçib.
 

 

Mənbə: ordu.az