Twitter pul qazandıracaq

Twitter pul qazandıracaq

Twitter mikrobloq şəbəkəsi iki yeni funksiyanın tətbiqinə başlayıb. Bunlar “Super Follows” ödənişli abunə xidməti və “Ticketed Spaces” adlanan virtual audioməkana daxil olmaq üçün “bilet” satışıdır. Audioməkanın (virtual danışıq otaqlarının) biletlərinin qiymətini (999 dollara qədər) və iştirakçı sayını (maksimum 100 nəfər) istifadəçilər özləri müəyyən edəcəklər.

“Super Follows” isə bəzi istifadəçilərə imkan yaradacaq ki, izləyicilərə pul müqabilində ödənişli xidmətlər göstərsin. Bu, ən azı 10 min izləyiciyə malik mikroblogerlər üçün aktual olacaq.

Şirkət bildirib ki, hər iki funksiyadan əldə olunan gəlirin 97%-i istifadəçiyə çatacaq. Əgər qazancın ümumi məbləği 50 min dolları keçərsə, Twitter onun 20%-ni özünə götürəcək.

Hələ ki, monetizasiya imkanı ancaq ABŞ-da yaşayanlar üçün keçərlidir.

Tariyel

Mənbə: azvision.az