Amerikalılar COVID-19-un laboratoriyada yaradılmasına inanırlar

Amerikalılar COVID-19-un laboratoriyada yaradılmasına inanırlar

Amerikalıların əksəriyyəti COVID-19-un süni şəkildə meydana çıxmasına inanır. Azvision.az xəbər verir ki, "Fox News"un keçirdiyi sorğunun nəticələrinə görə əksəriyyət virusun laboratoriya şəraitində yaradıldığını göstərib. Respondentlərin 60% -i COVID-19-un alimlər tərəfindən hazrılandığını və Çindəki bir laboratoriyadan sızdırıldığını düşünür. Öz növbəsində, respondentlərin 31% -i koronavirusun təbii mənşəli olduğuna inanır.

Xatırladaq ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden "G7" zirvəsində koronavirusun mənşəyi ilə bağlı konkret bir fikrinin olmadığını söyləmişdi.

Tural Tağıyev


 

Mənbə: azvision.az